“Könüllülərin Novruz bayram”ı keçirildi – FOTO
Azərbaycan İslam Həmrəliyi Oyunları Əməliyyat Komitəsi martın 17-də "Crystal Hall”da "Könüllülərin Novruz bayram”ı tədbiri keçirib.
Oxu.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Oyunlarının səfiri Hacı Nuran, digər ölkələrin səfirlik nümayəndələri (Özbəkistan, Tacikistan, İran), idman ictimaiyyətinin nümayəndələri və könüllü gənclər və müxtəlif media nümayəndələri iştirak ediblər.
Bayram tədbirinin məqsədi təşkilatçılarla, könüllülər arasında əməkdaşlığın gücləndirilməsidir.
Azad Rəhimov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, son illər ölkəmizdə çoxminli vətənpərvər könüllü ordusunun formalaşdığını qeyd edib. Bildirib ki, məqsəd onlarla birgə Novruz bayramını qeyd etmək və qarşıdan gələn mötəbər tədbirlərdə fəal əməkdaşlıqdır.
Milli bayramı könüllülərlə birgə qeyd etməyin əhəmiyyətini vurğulayan A.Rəhimov son illər onların mötəbər yarışlar, xüsusilə birinci Avropa Oyunları zamanı fəaliyyətlərinin təqdirəlayiq olduğunu deyib.
Azərbaycan İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov müsahibəsi zamanı gənclərə (könüllülərə) hər zaman bir olmağı və uğurla addımlamağı arzuladı.