"Üzr istəməsələr açıqlamamız başqa cür olacaq" - Arif Hacılı Milli Şuraya vaxt verdi

"Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuradan üzr gözləyirlər”.

 

 

Sfera.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.


O, hələlik tələsməyə lüzum görmədiyini bildirib: "Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuranın üzr istəməsini tələb ediblər. Bununla bağlı bütün hallarda partiyamızın açıqlaması olacaq. Sadəcə, üzr istəsələr, açıqlama başqa, üzr istəməsələr isə başqa şəkildə olacaq. Bu, ümumilikdə çox pis hadisədir. Hazırda bu məsələni araşdırırıq. Ümid edirəm ki, onlar özləri yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirəcəklər”.


 

Müsavat Partiyasını mühacir alverində ittiham etmələrinə cavab verən Arif Hacılı qeyd edib ki, bu böhtanlara zaman-zaman cavab verilib: "Bundan sonra da cavab veriləcək”.


Qeyd edək ki, Milli Şuranın videokonfrans formatında keçirilən iclasında Milli Şuranın üzvü Gültəkin Hacıyeva REAL partiyasının sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasını da REAL kimi rüsvayçı aqibət gözlədiyini, Müsavatın Əli Kərimlini müdafiə etməkdən yayınaraq guya Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunu müdafiə etdiyini bəyan edərək riyakarlığa yol verdiyini bildirib. O cümlədən Müsavatı siyasi mühacir alverində günahlandırıb.


Milli Şuranın sədri Cəmil Həsənli isə İlqar Məmmədovun həm siyasətçi, həm də REAL sədri olaraq bitdiyini, REAL-dan fərqli olaraq heç nə əldə etməmiş Müsavat Partiyasının isə rüsvayçı duruma düşdüyünü vurğulayaraq, partiyanı bədbəxt adlandırıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəs...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...

Milli Məclisin sədrindən deputata: "Zarafatınız yaraşmadı..."

"Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alanda onlardır".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilın  növ...