Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar

Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar

Novruz bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri Tərtər və Bərdə şəhərlərindəki «N» saylı hərbi hissələrdə xidmət edən əsgər və zabitlərin görüşünə gedib.

İH-dən "Qafqazinfo”ya daxil olan məlumata görə, şəxsi heyət ilə keçirilən görüşdə Səbail rayon İcra başçısının birinci müavini Xalidə Bayramova çıxış edib. Novruz bayramı münasibəti ilə əsgərləri təbrik edən müavin onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra hərbi hissə komandanlığı adından çıxış edən zabit Vüqar Şıxlinski şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Səbail rayonunun nümayəndələri daha sonra Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olub.

Bayram tədbiri konsert proqramı ilə sonlanıb.

 

Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar
Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar
Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar


OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...