İstirahət və bayram günləri küçəyə çıxmaq qadağası? - Baş infeksionistdən AÇIQLAMA

İstirahət və bayram günləri küçəyə çıxmaq qadağası? - Baş infeksionistdən AÇIQLAMA

"Hələlik belə bir qadağanın tətbiqi gündəmdə deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri Türkiyənin əksər şəhərlərində istirahət və bayram günləri bütün vətəndaşlar üçün küçəyə çıxmaq qadağasının mövcudluğu fonunda virusa yoluxanların artması səbəbindən Azərbaycanda da həmin təcrübənin tətbiqi mümkünlüyünə toxunarkən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib:

 

"Hər bir ölkə koronavirusla bağlı mübarizədə mövcud vəziyyətə uyğun olaraq özünəməxsus tədbirlər görür. Proses öncədən təhlil edilir və sonra pandemiyaya qarşı müvafiq tədbirlər hazırlanır. Azərbaycanda isə görünür hələlik, istirahət və bayram günləri insanların küçələrə çıxmasının qadağan edilməsinə ehtiyac yoxdur. Ona görə də hələlik belə bir qadağanın tətbiqi gündəmdə deyil”.

 

Aparılan təhlillər gərgin vəziyyətin yarandığını göstərərsə sözügedən qadağanın tətbiqi mümkün görünür: "Hər şey situasiyadan asılıdır. Aparılan təhlillər vəziyyətin ağır olduğunu göstərsə, onda bu istiqamətdə qərar verilə bilər. Belə bir qərarın verilməsi bir adamın iradəsindən asılı deyil, bu sayaq qərarlar kollegial şəkildə verilməlidir. Mütəxəssislər toplanmalı, hadisələri təhlil etməli və qərar verməlidirlər”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...