Avro və qızıl bahalaşmaqda davam edir

Avro və qızıl bahalaşmaqda davam edir

Martın 17-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,90% bahalaşaraq 17481,49 bənd, "S&P 500" 0,66% artaraq 2040,59 bənd, "Nasdaq" isə 0,23% irəliləyərək 4774,98 bənd təşkil edib.

Sfera.az report-a istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,42% bahalaşaraq 6201,12 bənd, Fransa CAC-40-ı 0,45% azalaraq 4442,89 bənd, Almaniya DAX-ı isə 0,91% geriləyərək 9892,20 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 5,9 dollar, yaxud 0,47% bahalaşaraq 1263,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1310 (+0,81%) təşkil edib.


OXŞAR XƏBƏRLƏR