“Şeytanın İncili” - İnsanı şoka salan şeytani faktlar - VİDEO
22 sm qalınlığında və 92 sm uzunluğundakı kitabın cildlənməsi üçün təxminən, 160 heyvan dərisindən istifadə olunub. Lakin tarixçilər kitabın ölçüsüylə deyil, məzmunuyla tanış olanda şoka düşüblər. Kitabın içindəki bir səhifədə rəngli olaraq çəkilən şeytan fiquru, digər səhifələrin da lənətli olduğu inancına yol açıb.
Hal-hazırda İsveç milli kitabxanasında olan kitaba "Şeytanın İncili” adı verilməsi də bundan irəli gəlir. Şeytanın incilini daşımaq da asan deyil. Orta hesabla 74 kq olan kitabı iki cüssəli insan daşıya bilər. Kitabın necə yazıldığı bilinməsə də, haqqında tarixçiləri çaşdıran əfsanə var.
Əfsanəyə görə orta əsrlərdə yaşayan bir keşiş monastır andlarını pozduğu üçün ölümə məhkum edilib. Keşiş bu cəzadan xilas olmaq üçün bir gecə içində insanlığa dair bildiyi bütün detallara vararaq kitab halına gətirməyə söz verib.
Gecəyarısı yaxınlaşdığında verdiyi sözü çatdıra bilməyən keşiş şeytanla razılığa gələrək ruhunu ona satmaq qarşılığında kömək istəməyə qərar verib.
Bu əfsanə görə kitabda olan şeytan şəkili onu "Şeytanın İncili” halına gətirdi və lənətli olduğuna inam yaratdı.
Kitabın günümüzə 11 nümunəsi gəlib çatıb . Əsas ideyası adam öldürməmək , oğurluq etməmək və tanrının sənə verdiyi ölkədə həyatını yaxşı sürməkdir .
]