Tarif Şurası haqqında Əsasnaməyə də dəyişiklik edildi

Tarif Şurası haqqında Əsasnaməyə də dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1110; 2008, № 6, maddə 498; 2013, № 12, maddə 1508; 2014, № 9, maddə 1027) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin 1.1-ci bəndinə "dövlət tənzimlənməsi" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla," sözləri əlavə edilsin".


OXŞAR XƏBƏRLƏR

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...