\"İlham Əliyevə minnətdaram...\" - Hüquq müdafiəçisi
16:28 / 17.03.2016
900
"Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamını çox yüksək qiymətləndirirəm. Bu münasibətlə monitorinq qrupu adından ölkə başçısına təşəkkür edirəm”.
Bunu AzVision.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Hüquq müdafiəçisi vurğulayıb ki, ölkə başçısı bu addımı ilə məhbuslara, onların ailələrinə ikiqat bayram sevinci bəxş edib: "Biz monitorinq qrupu olaraq siyahıya 23 nəfərin adını salmışdıq. Prezidentin sərəncamla 14 nəfər azadlığa çıxıb. Çox sevinirik. Bu addımına görə ölkə başçısına minnətdaram”.
N.Cəfəroğlu qeyd edib ki, Azərbaycana qorxu və təzyiqlə təsir etmək mümkün deyil: "Ancaq, dialoqla insanları əfv etdirmək mümkündür. Ümid edirəm ki, yaxın iki ay ərzində digər həbsdə qalanlar azadlığa çıxacaqlar”.