Polis yolları nəzarətə götürür
15:53 / 17.03.2016
850
Novruz bayramı şənliklərinin keçirildiyi bütün ərazilər polis tərəfindən nəzarətə götürülür.
Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a bildirib ki, republika üzrə Novruz bayramı ilə əlaqədar kütləvi tədbirlərin keçirildiyi yerlərdə nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacaq.
Bölmə rəisinin sözlərinə görə, yol polisi martın 19-dan başlayaraq gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Kamran Əliyev qeyd edib ki, bütün yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək.
"Həmin ərazilərdə yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək. Hələlik hansı yollarda nəlqiyyatın hərəkətinə məhdudiyyətin qoyulacağına dair dəqiq qərar qəbul olunmayıb.
Onunla bağlı rayon mərkəzləri tərəfindən məlumat veriləcək. Bakı şəhər ərazisində isə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi məlumat veriləcək hansı ərazidə, hansı məhdudiyyətlər təbiq olunacaq, və nə vaxt”.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda martın 19-dən 27-dək qeyri-iş günləri olacaq. Bununla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə mart ayının 19-dan 28-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.
Əmrdə, həmçinin bildirilir ki, bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.