Bayram günlərində ictimai nəqliyyatın iş qrafikində dəyişiklik

Bayram günlərində ictimai nəqliyyatın iş qrafikində dəyişiklik
Martın 19-da Novruz bayramı münasibətilə dənizkənarı milli parkda keçiriləcək atəşfəşanlıqla əlaqədar Bakıda ictimai nəqliyyatın hərəkətində hər hansı bir dəyişiklik gözlənilmir.

Sfera.az "Report"a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rauf Mirqulamov  bildirib ki, sərnişinlərə xidmət göstərən ictimai nəqliyyat vasitələri gündəlik olaraq qrafik üzrə 16-18 saat çalışırlar: 

"Gündəlik olaraq saat 21.00, 22.00 və 23.00-dək işləyən az sayda marşrutlar da var, lakin ümumilikdə iş rejmləri eynidir. Avtobuslar hər zaman qrafik üzrə xəttdə saat 06.00-dan axşam 12.00-dək hərəkət edirlər. Bu, bayram günlərində də davam edəcək".

R. Mirqulamov qeyd edib ki, Novruz bayramı ilə əlaqədar şəhərin müxtəlif yerlərində yollar bağlı olarsa və bu, marşurt xətlərinin işinə təsir edərsə, bu barədə NİİM-in "Facebook" səhifəsində də məlumat yerləşdiriləcək.

Bakı Metropoliteni də Novruz bayramında saat 24.00-dək işləyəcək. 

Həmçinin bayram günlərində qatarların sayı da azaldıla bilər. Bunu öz açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, həmin günlərdə metroda saatda 30 qatar xəttə buraxılırsa, bayram günlərində qatarların sayı 24-ə endirilə bilər: 

"Çünki bayram tətili ilə əlaqədar qeyri-iş günlərində sərnişinlərin sayı az olur. Bundan başqa, qatarlar arasında interval da uzadıla bilər".

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...