"Yelo Bank" səlahiyyətlərindən sui-istifadə edən əməkdaşlarını cəzalandırdı

 

"Yelo Bank" ASC əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar açıqlama yayıb.

Sfera.az  Bankın yaydığı açıqlamaya istinadən xəbər verir ki, 2020-ci il martın 17-də "Yelo Bank"ın (keçmiş "Nikoil Bank") müvafiq strukturları tərəfindən filial müdirinin və əməkdaşının qanunsuz əməlləri aşkarlanıb.

"Martın 19-da isə bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilib. Daxili araşdırma aparıldıqdan sonra həmin əməkdaşlar müvafiq maddə ilə işdən çıxarılıb və əlavə məlumatlar Maliyyə Monitorinqi Xidmətinə göndərilib", - açıqlamada deyilir.

"Yelo Bank"ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib: "Sevindiricidir ki, tərəfimizdən göndərilən məlumatlar hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslərin saxlanılmasına kömək edib və inanırıq ki, onlar qanun çərçivəsində layiqli cəzasını alacaq. Biz həm də əməkdaşlıq çərçivəsində məlumatların hüquq-mühafizə orqanlarına ötürdüyü üçün Maliyyə Monitorinqi Xidmətinə minnətdarıq.

"Yelo Bank"ın dəyərləri şəffaflığa əsaslanır ki, bu da bizim fəaliyyətimizin əsasıdır. Vəzifəsindən asılı olmayaraq, istənilən əməkdaşlarımız tərəfindən yol verilən qanun pozuntusu bağışlana bilməz. Baş verənlərdən banka heç bir maddi zərər dəyməyib. Buna baxmayaraq, təəssüf edirik ki, iki əməkdaş qanunsuz əmələ əl ataraq həm özünü biabır etdi, həm də işlədiyi kollektivə ləkə saldı. Mən təcrübəli və öz işinə sadiq olan daxili nəzarət komandasına təşəkkür edirəm. Məhz onların sayəsində bu faktlar aşkarlandı və operativ reaksiya verildi. Biz həm də prinsipial mövqe tutaraq qanun pozuntularını araşdıran və onlara qiymət verən, həmin əməkdaşların işdən çıxarılmasına qərar verən hər bir əməkdaşımıza təşəkkür edirik. Mən həm də Maliyyə Monitorinqi Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərdiyi peşəkarlığa görə minnətdaram".


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...