Tamkart sahibləri üçün nağdsız ödənişlərdə əlavə qazanc

Tamkart sahibləri üçün nağdsız ödənişlərdə əlavə qazanc
 

Azərbaycan Beynəlxalq Bankının innovativ məhsullarından Tamkarta müştərilərin getdikcə artan marağını nəzərə alaraq bank bu məhsul üzrə yeni kampaniyaya start verib. Məqsəd Tamkartın hər kəs üçün daha sərfəli və əlçatan olması, müştəri məmnuniyyətinin əldə edilməsidir.

Belə ki, mayın 7-dən 31-ə kimi keçiriləcək kampaniya dövründə Tamkartla verilmiş kredit limitinin 20%-i və daha çox həcmdə ödənişlər edən müştərilər 20%-dən yuxarı ödəniş məbləğlərinə görə əlavə 1% kəşbək qazanacaqlar.

Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu qazanc imkanından Tamkartla həm POS terminallar, həm də onlayn qaydada riteyl əməliyyatları aparan hər kəs bəhrələnə bilər.

Bundan başqa, mayın 7-dən 29-a kimi Tamkart Classic/Standard kartı əldə etmək istəyən müştərilərə bu kart hədiyyə ediləcək. Tamkart Gold, Tamkart Platinum və Tamkart Premium kartları isə 50% endirimlə veriləcək. Bu barədə daha ətraflı məlumatlarıburadanəldə etmək olar.

Tamkart eyni anda iki kartı -debet və kredit kartlarını özündə birləşdirən dual kartdır. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə 60 günədək faizsiz güzəşt müddəti imkanı yaradılır. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda Tamkart sahiblərinə alış-veriş zamanı hətta 20%-dək kəşbək verilir. Eyni zamanda, bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az 2% kəşbək əldə edir. Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud //www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkartıbu bölmədənonlayn sifariş vermək mümkündür.


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...