“ASAN xidmət”dən daha bir yenilik

“ASAN xidmət”dən daha bir yenilik
"ASAN xidmət” vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının ünvanlara çatdırılma xidmətini təqdim edir. 
Bu barədə Dövlət Agentliyindən Oxu.Az-a bildirilib. 
İlk olaraq pilot layihə çərçivəsində Həsən Əliyev 36 ünvanında yerləşən 1 saylı Bakı "ASAN xidmət” mərkəzinə müraciət etmiş vətəndaşlar bu xidmətdən yararlana biləcəklər.  
Belə ki,sənədlər hazır olduqdan sonra qeyd edilən saatlar da vətəndaşa çatdırılır və məxsus olduğu şəxsə təqdim olunur. Sənədlərin çatdırılma müddəti isə həftənin beş günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri saat 11:00-dan 17:00-dəkdir. 
Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə sənədlərin çatdırılması kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət haqqı ödənilmədən həyata keçirilir.
Sənədlərin çatdırılma xidmətindən faydalanmaq və ətraflı məlumat almaq istəyən vətəndaşlar "ASAN xidmət”də məlumat köşkünə yaxınlaşa və ya 108 Çağrı Mərkəzinə zəng edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...