Rusiya dəhşətli vəziyyətlə ÜZ-ÜZƏ: Putin çıxış yolu tapa bilmir

Rusiya dəhşətli vəziyyətlə ÜZ-ÜZƏ: Putin çıxış yolu tapa bilmir
Rusiya dəhşətli vəziyyətlə ÜZ-ÜZƏ: Putin çıxış yolu tapa bilmir
Koronavirus pandemiyası Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb. Prezident Vladimir Putin 2009-cu ildə yaşanan qlobal maliyyə böhranından daha çətin vəziyyətin olacağını, Beynəlxalq Valyuta Fondu (BMF) isə Rusiya iqtisadiyyatının bu il 5,5 faiz kiçiləcəyini proqnozlaşdırır. Keçmiş maliyyə naziri Aleksey Kudrin işsizlərin sayının 2,5 milyondan 8 milyona qədər artacağını bildirir. Bütün bunların fonunda hökumətin neft gəlirlərindən əldə edilən 165 milyard dollar rezervdən istifadə etmək istəməməsi tənqidlərə səbəb olub.

Qazet.az xəbər verir ki, mütəxəssislər vəziyyətin daha böhranlı olacağını hesab edirlər.

Paris Siyasi Elmlər Akademiyasının (Sciences Po) iqtisadçı professoru Sergey Quriyev atılan addımların yetərli olmadığını bildirib.

"Pandemiyaya görə iqtisadi azalma 6-10 faiz arası olacaq. İqtisadi tədbirlər də kifayət qədər deyil. Rusların 70 faizinin yığımı yoxdur və sosial problemləri olduqca çoxdur. Fikrimcə, BMF-nin Rusiya iqtisadiyyatının 5,5 faiz azalacağı proqnozu olduqca pozitivdir. Əgər neft qiymətləri indiki səviyyədə qalarsa, Rusiya iqtisadiyyatı daha böyük zərbə alacaq. Dövlət büdcəsində ciddi kəsirlər yaranacaq. Dövlət rezervləri buna görə xərcləmək istəmir”, – Quriyev bildirib.

Moskva Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq ticarət kafedrasının professoru Tatyana İsaçenko Rusiyanın rezervlərinin kifayət qədər olduğunu, lakin bu rezervləri necə istifadə etməyi bilmədiklərini hesab edir: "Dəyən zərəri hesablamaq çətindir. Ən çox zərəri turizm, restoranlar, qida sektoru və kiçik sahibkarlar görəcək”.

Rusiya Milli İqtisadiyyat Akademiyasının (RANEPA) maliyyə mühəndisliyi bölümünün rəhbəri, Mərkəzi Bankın keçmiş sədr müavini, professor Konstantin Korişçenko bildirib ki, ölkə iqtisadiyyatında bu il 2 faiz inkişaf proqnozlaşdırılırdı, amma indi 5-7 faizə qədər azalma olacaq: "Büdcə kəsiri 5 faizə qədər arta bilər”.

Rusiyada böyük şirkətlər dövlətdən dəstək gözləyir, amma neft qiymətlərinin aşağı düşməsi hökuməti çətin vəziyyətə salıb. Bunun fonunda əsas gəlir qaynağı olan "Qazprom”un da gəlirləri 17 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR

Bu universietdə təhsil haqqı ARTDI

İran Azad Universitetinin tibb elmləri fakültəsində təhsil haqqı 300 faiz artırıldığından tələblər ödəniş edə bilmir və nəticədə borclu qalıblar.   S...

Pirotexniki vasitələr satan 11 nəfər saxlanıldı

Polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlə...

Qayınatasıgilin 50 gün öncə öldüyü evdə CANINA QIYDI - Bir qardaşı da illər öncə... + FOTO

İki gün öncə Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az “Qafqazinfo"ya istinadən xəbər verir ki...

Misli Premyer Liqasında matçları nə qədər azarkeş izləyib?

Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ilk yarısında 90 oyun keçirilib.   Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinad...

Xakasiyada baş verən partlayışda ölənlər var

Rusiyanın Xakasiya Respublikasında keçmiş Abakan Təcrübə-Mexaniki Zavodunun ərazisində baş verən partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb. ...

Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının dəvəti əsasında bu ölkəyə işgüzar səfəri çərçivəsində Serbiyanın Səfirlər...