Özünü “Barbi”yə bənzətmək istədi, bu vəziyyətə düşdü - FOTO
00:45 / 06.05.2020
4843
Bolqarıstanda bir qız özünü "Barbi” gəlinciklərinə bənzətmək üçün dodağına 20-dən çox dolğu etdirib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı Andrea İvanova dünyada ən böyük dodaqlara sahib olduğunu düşünür. O, bununla kifayətlənməyib, dodağına daha çox dolğu etdirmək fikrində olduğunu deyib:
"Həkim bunun üçün iki ay gözləməyimi deyir. Məqsədim budur ki, dodağımın bənzəri olmasın”.