Koronavirus bu yolla da yayıla bilər
23:00 / 05.05.2020
5605
Koronavirus (SARS-CoV-2) bağırsaq hüceyrələrini yoluxdura və içində çoxala bilir, bu səbəbdən də infeksiya yalnız hava damcısı ilə deyil, həm də müxtəlif yollarla yayıla bilər.
Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu barədə niderlandlı alimlərin araşdırmasında qeyd edilib. Məlumata görə, alimlər koronavirusun insan bağırsağı hüceyrələrində təsirini izləyərək, orqanoidlərə koronavirus əlavə edildikdə sürətlə yoluxmuş hüceyrələrin çoxaldığını müəyyənləşdiriblər.
Mütəxəssislər koronavirusa tutulan xəstələrin əksəriyyətində ürək bulanması və ishal kimi simptomların göründüyünü, həmçinin xəstələrdən götürülmüş nəcis nümunələrində virus hissəciklərinin aşkarlandığını bildiriblər. Bu da virusun çirkli əllər vasitəsi ilə ötürüldüyünü göstərir.