“Barbi”yə oxşamaq üçün 500 min xərcləyib... - Fotolar

“Barbi”yə oxşamaq üçün 500 min xərcləyib... - Fotolar

ABŞ-ın Ohio ştatında yaşayan Nannette Hammond sosial şəbəkələrdə fenomenə çevirilib.

"Qafqazinfo” The Daily Mail-ə istinadən xəbər verir ki, 42 yaşlı qadın "Barbi” gəlinciklərinə bənzəmək üçün 500 min dollar xərcləyib.

5 övlad anası olan Hammond 70 yaşına kimi plastik əməliyyat etdirəcəyini söyləyib.

Nannette "Barbi” kimi görünmək üçün paltar, saç və makiyajına da minlərlə dollar xərcləməkdən çəkinmir. O, bu günə qədər üç dəfə sinə əməliyyatı, dodaq plombu, botoks, yarı qalıcı makiyaj kimi bir çox yollara əl atıb.

"Barbi”nin əvvəlki görünüşü ilə indiki arasında fərq hər kəsi təəccübləndirib.  27 min izləyicisi olan Hammondun fotolarını həyat yoldaşı Dave Hammond çəkir.

Nannette Hammond görünüşündən xeyli məmnun olduğunu bildirib:

"Bilirəm, digər analar arxamdan dedi-qodu edirlər, amma onları ciddiyə almıram. Mənim haqqımda istədiklərini düşünə bilərlər, bu məni narahat etmir. Həyat yoldaşım və uşaqlarım bu görünüşümdən razıdırlar. Sadəcə olaraq insanların mənfi şərhləri övladlarıma təsir edir”.








OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...