Türkiyədə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb, 3 520 nəfəri ölüb

Türkiyədə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb, 3 520 nəfəri ölüb
 "Türkiyədə son sutkada daha 59 nəfər pandemiyanın qurbanı olub”.

Sfera.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 520 nəfərə çatıb.

Nazir həmçinin daha 1 832 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 129 491-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 73 285 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

OXŞAR XƏBƏRLƏR