4 yaşlı uşaq karantin qaydalarını pozduğu üçün cərimələndi - FOTO
23:45 / 04.05.2020
6030
Evinin önündə oynayan dörd yaşlı uşaq karantin qaydalarını pozduğu üçün cərimələnib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Nevşəhər vilayətində qeydə alınıb.
Qeyd edək ki, Türkiyədə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar yaşı 65-dən yuxarı və 20-dən aşağı olan şəxslərə küçəyə çıxmaq qadağandır. Ürgüp bələdiyyəsi də bunu əsas götürərək, balaca Yavuz Səlimi 3150 lirə (758 AZN) cərimələyib.
Uşağın valideynləri bu hadisədən şoka düşdüklərini deyib.