Fransada koronavirus qurbanlarının sayı 25 mini ötdü
Dünya
22:45 / 04.05.2020
3499
Son bir gün ərzində Fransada daha 306 nəfər koronavirusdan ölüb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
"Martın 1-dən biz COVID-19-la bağlı 25 201 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir.
Qeyd edilir ki, 15 826 insan xəstəxanalarda, 9 375 nəfər qocalar evlərində ölüb.
Hazırda xəstəxanalarda 25,5 min nəfər müalicə edilir, son 24 saat ərzində daha 689 pasiyent xəstəxanalara yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxmuş 3 696 nəfər müalicə edilir.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.