Ötən gün ABŞ-da 29 mindən çox şəxs koronavirusa yoluxdu
Dünya
16:38 / 03.05.2020
2467
ABŞ-da son sutka ərzində 29 078 yeni koronavirusa yoluxma halı qeydə alınıb və bununla da ümumi halların sayı 1 160 996 olub.
Sfera.az xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları sübut edir.
Ümumilikdə ölkədə COVID-19-dan 66 mindən çox şəxs ölüb (son sutka ərzində 1 426 nəfər ölüb), 173 725 xəstə sağalıb.
ABŞ-da koronavirusla bağlı toplam 6,5 milyondan çox test aparılıb.
Qeyd edək ki, hazırda ABŞ koronavirusa yoluxanların və virusdan ölənlərin sayına görə dünyada birinci yerdədir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.