Rusiyanın koronavirusa yoluxan Baş nazirindən xəbər var
Dünya
15:30 / 03.05.2020
3502
Rusiyanın koronavirusa yoluxan Baş naziri Mixail Mişustin xəstəxanadan işləməyə davam edir.
Sfera.az xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Boris Belyakov bildirib.
Hazırda Mişustinin səhhətinin normal olduğunu bildirən sözçü onun telefon vasitəsilə işçilərlə əlaqədə olduğunu və sənədlərlə işlədiyini qeyd edib.
Xatırladaq ki, Mixail Mişustin aprelin 30-da xəstəliyi barədə Prezident Vladimir Putinə məruzə etmişdi. (qafqazinfo)