Anar Ələkbərov başçının müflis etdiyi ailəyə zəng vurdu - İş Prezidentin diqqətində - VİDEO

Anar Ələkbərov başçının müflis etdiyi ailəyə zəng vurdu - İş Prezidentin diqqətində - VİDEO
 
Torpaqları həbs olunan icra başçısı tərəfindən mənimsənilən ailənin "Bakupost” saytında yayımlanan müraciətini ölkə başçısı nəzarətə götürüb.

Müraciətdə bildirilirdi ki, ailəyə məxsus olan torpaqlar sabiq icra başçısı tərəfindən qanunsuz olaraq zəbt olunub. Onlar Prezidentdən həmin torpaqların geri qaytarılmasına kömək etməsini xahiş edirdilər.

Müraciət yayılandan sonra Prezidentin köməkçisi Anar Ələkbərov həmin ailəylə əlaqə saxlayıb. Bu barədə "Bakupost”a ailə başçısı Vaqif Abışov məlumat verib: "Əvvəlcə Heydər Əliyev Fondundan zəng vurub yerin sənədləri ilə maraqlandılar. Sonra isə cənab Prezidentimizin köməkçisi Anar Ələkbərov zəng etdi. O, özü də şəxsən məsələ ilə bağlı maraqlandı, çox səmimi şəkildə dərdimizi dinlədi. Bildirdi ki, əgər bizim dediyimiz kimi olsa, torpaqlar geri qaytarılacaq.

İnanın dünəndən sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bizə ikinci həyat bəxş etdi. Allah cənab Prezidentin, Mehriban xanımın canını sağ etsin”.

Dünən axşan Prezident İlham Əliyev də yeni Paş prokuroru videoformatda qəbulu zamanı bu məsələyə toxunub: "Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.
 


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...