Xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti belə tənzimlənəcək - QƏRAR

Xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti belə tənzimlənəcək - QƏRAR
 Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə qərar verib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə verilib.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilib:

- qida məhsullarının ticarəti üzrə fəaliyyət;

- ictimai-iaşə müəssisələrinin fəaliyyəti;

- turizm və hotelçilik fəaliyyəti;

- ictimai nəqliyyatın fəaliyyəti;

- vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;

- müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.

Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq edəcək:

- "Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- "İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- "Turizm və hotelçilik sektorunda koronavirus (COVID- 19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- "İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

-  "Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.

OXŞAR XƏBƏRLƏR

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəs...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...

Milli Məclisin sədrindən deputata: "Zarafatınız yaraşmadı..."

"Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alanda onlardır".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilın  növ...