Vəli Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib
19:56 / 16.03.2016
2376
Azərbaycan Prezidenti İlham Əliyev Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanın Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.