Bankların məcburi ehtiyat norması dəyişir

Bankların məcburi ehtiyat norması dəyişir

Bankların məcburi ehtiyat norması dəyişir Mərkəzi Bankın İdarə Heyəti "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişiklik edib.

APA-nın məlumata görə, bu Qayda Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edir.

Dəyişiklik məcburi ehtiyatların normasının dəyişməsi ilə bağlıdır. Qaydaya əsasən hazırda məcburi ehtiyatların norması bütün depozitlər, eləcə də hesablama bazasının bütün həcmləri üzrə 0,5%-dir. Dəyişikliyə əsasən bu il mayın 1-dən məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0,5%, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% olacaq.


OXŞAR XƏBƏRLƏR

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...

İranda təyyarə qəzaya uğradı - Ölənlər var

İran polisinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Rəşt şəhəri yaxın...