Şəhid generalın oğlu Səbailə prokuror təyin olundu

Şəhid generalın oğlu Səbailə prokuror təyin olundu

Bakının iki rayonuna yeni prokuror təyin edilib.

Sfera.az xəbər verir ki, APA-nın məlumatına görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Pirallahı rayon prokuroru, Səbail rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Natiq Əsədov isə Səbail rayon prokuroru vəzifəsinə təyin ediliblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ildə Pirallahı rayonunun, 2013-cü ildə isə Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Pirallahı rayon prokuroru təyin olunmuş İ. Ləmbəranski Azərbaycanda başlanmış bir sıra səs-küylü cinayət işlərinin istintaqını aparıb.

Səbail rayon prokuroru vəzifəsinə təyinat alan N. Əsədov isə 1991-ci ildə Qarakənd faciəsi zamanı həlak olan Azərbaycanın sabiq daxili işlər naziri Məhəmməd Əsədovun oğludur.


OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...