İlham Əliyevin addımı Türkiyənin sosial şəbəkə istifadəçiləri diqqətində – FOTO

İlham Əliyevin addımı Türkiyənin sosial şəbəkə istifadəçiləri diqqətində – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Türkiyəyə səfəri azərbaycanlı və türkiyəli sosial şəbəkə istifadəçiləri arasında əsas müzakirə mövzularından biri oldu.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkələrin sıravi istifadəçiləri ilə yanaşı, Türkiyənin rəsmi şəxsləri də Azərbaycan Prezidentinin Ankaraya səfəri ilə bağlı fikirlərini bölüşməkdə fəallıq göstəriblər.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter” sosial şəbəkəsindəki səhifəsində Prezident İlham Əliyevin Ankaraya səfərini yüksək qiymətləndirib.

O, türk xalqı adından bu günlərdə nümayiş etdirilən həmrəyliyə görə minnətdarlığını bildirib.

Türkiyə XİN rəhbəri, həmçinin yazıb ki, "Bir millət, iki dövlət” təkcə şüar deyil. Türk və Azərbaycan xalqlarının ortaq duyğularını əks etdirən əbədi irsdir.

Türkiyənin hakim partiyasının (Ədalət və İnkişaf Partiyası) mətbuat xidmətinin rəhbəri Ömər Çelik də "Twitter” sosial şəbəkəsindəki səhifəsində Azərbaycana bu sözlərlə təşəkkür edib: 

"Can Azərbaycan həmişə qəlbimizdədir. Bu çətin günlərdə qardaşlıqlarını heç vaxt unutmayacağıq. Çox yaşa Azərbaycan”.

Ö.Çelik yazır: "Qardaşlıq həmişə və indi! Can Azərbaycan...”

Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan da Azərbaycan Prezidentinin Türkiyəyə səfərini yüksək qiymətləndirib.

Y. Akdoğan "Twitter”dəki səhifəsində yazıb: "Can Azərbaycan... Qardaşlıq bax budur”.

"Türkiyənin sıravi vətəndaşları da – Twitter” və "Facebook” sosial şəbəkələrinin istifadəçiləri - Prezident İlham Əliyevin Ankaraya səfərini yüksək qiymətləndiriblər.

Onlar yazırlar: "Azərbaycan əsl qardaş və dostdur”, "Bu ağır günlərdə bizi tək qoymayanlar əsl dostdur. Təşəkkürlər, Azərbaycan!”, "Türkiyəni həmişə dəstəkləyən yeganə ölkə Azərbaycandır”, "Azərbaycan Türkiyəyə qarşı qardaşlıq münasibətini bütün dünyaya sübut etdi”, "Terror aktlarından sonra bütün dünya Fransanı dəstəkləyəndə, Türkiyəni yalnız Azərbaycan dəstəklədi və bu, əsl qardaşlıq münasibətidir”, "Azərbaycanın gücü Türkiyənin gücü deməkdir”.


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...