“WhatsApp”da koronavirusa görə yeni funksiya

23:30 / 28.04.2020
7271
"WhatsApp” proqramı koronavirus pandemiyası ilə əlaqədar yeni funksiyasını işə salıb.
Sfera.az xəbər verir ki, proqramda qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb. Bundan sonra qrupa dörd deyil, səkkiz nəfər qoşula bilər.
Bu funksiyanın aktivləşməsi üçün proqramı yeniləmək lazımdır.
Proqramın yaradıcıları yeniliyi koronavirus pandemiyasına görə insanların onlayn danışıqlara olan ehtiyacı ilə əlaqələndiriblər. (oxu.az)