Türkiyədə bir gündə 5000-dən çox pasiyent koronavirusdan sağaldı - STATİSTİKA

Türkiyədə bir gündə 5000-dən çox pasiyent koronavirusdan sağaldı - STATİSTİKA
 "Türkiyədə son sutkada daha 92 nəfər pandemiyanın qurbanı olub”.

Sfera.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 992 nəfərə çatıb.

Nazir həmçinin daha 2 392 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 114 653-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə son bir ərzində 5 018 nəfərin koronavirusdan sağaldığını və bu rəqəmin 38 809-a çatdığını da vurğulayıb.

OXŞAR XƏBƏRLƏR