Evinə gizli girən fanatının həbsini istəyir
Dünya
00:00 / 28.04.2020
3715
Türkiyənin məşhur müğənnisi Hande Yener pərəstişkarından hüquq-mühafizə oqranlarına şikayətçi olub.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi şikayət ərizəsində Recep G. tərəfindən növbəti dəfə narahat edildiyini bildirib.
Hande qeyd edib ki, sözügedən şəxs evinə gizli şəkildə girərək ona qorxu dolu anlar yaşadıb. Bu səbəbdən müğənni fanatının həbsini tələb edib.
Qeyd edək ki, Recep G. 2016-cı ildə də Handenin evinə girmişdi.