Türkiyədə koronavirusdan ölənlərin sayı 2900-ə çatdı
21:45 / 27.04.2020
5258
"Türkiyədə son sutkada daha 95 nəfər pandemiyanın qurbanı olub”.
Sfera.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 900 nəfərə çatıb.
Nazir həmçinin daha 2 131 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 112 261-ə yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 33 791 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.