Müəllimlərin nəzərinə - Təhsil Nazirliyi məlumat yaydı....

Müəllimlərin nəzərinə - Təhsil Nazirliyi məlumat yaydı....
 

 Müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək.         

 

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, müsahibələr "Microsoft Teams” platforması üzərindən təşkil olunacaq və ilkin mərhələdə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək. Onlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir və müsahibələrdə iştirakla bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.  

 

Bu və ya digər səbəblərə görə müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə müsahibədə iştirak hüququ saxlanılır. Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq. 

 

Proses barədə mütəmadi məlumat veriləcək.

 

Qeyd edək ki,  2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış və vakant yerlərə  müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibədə iştirak üçün 3000 nəfərə yaxın namizəd qeydiyyatdan keçib. Müəllimlərin şəxsi məlumatları, hazırda müddətli əmək müqaviləsi ilə işlədikləri məktəblərdə vakansiyanın olub-olmaması  yoxlanılıb və 1300-dən çox namizədin elektron ərizəsi təsdiq edilib.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...