Koronavirusla bağlı ŞOK KƏŞF - DİQQƏT

Koronavirusla bağlı ŞOK KƏŞF - DİQQƏT
 

İordaniya Gen Mühəndisləri Cəmiyyəti Qərb öləkələrinin əhalisindən fərqli olaraq, ərəblərin orqanizminin koronavirusa daha çox müqavimətini izah edən araşdırma dərc edib.

Sfera.az-ın cebhe.info-ya istinadən məlumatına görə, adıçəkilən qurumun prezidenti Rəmzi Fouda bununla bağlı öz "Facebook” səhifəsində belə yazıb: "Koronavirus ərəblər üçün sərinlik və sülhdür”. O, İordaniya Ali Təhsil Nazirliyinin Tədqiqat Fondunun işi çərçivəsində Valid əl-Züveyid, Hazem Həddad və onların komandasının rəhbərliyi ilə Cəmiyyət tərəfindən aparılan araşdırmanın nəticələrindən söz açıb. Əldə edilən məlumatlara görə, Şərqi Asiya və Avropanın sakinlərindən fərqli olaraq, Yaxın Şərq ərəblərin orqanizmində virusla aktiv mübarizə aparmağa imkan verən vahid nukleotid polimorfizmə (SNPS geni ) var.

Foudanın sözlərinə görə, Yaxın Şərqdəki ərəblər Şərqi asiyalılar və avropalılarla müqayisədə ağciyər hüceyrələrində 1: 1000 nisbətində ACE2 zülalına sahibdirlər. Bioinformatika veb saytındakı məlumata görə, virus ACE2 ağciyər hüceyrəsinin səthində mövcud olan reseptorlara hücum edir. "Yaxın Şərq mənşəli insanın ağciyər hüceyrəsinə bir virus düşürsə, 1000 virus Şərqi Asiya və ya Avropa sakininin ağciyər hüceyrəsinə yapışır. Başqa sözlə, immun sisteminin az sayda virusa qarşı durması daha asan olacaq”. Gen Mühəndisləri Cəmiyyətinin prezidentinin sözlərinə görə, Şərqi Asiya və Avropada qrip virusunun bəzən ölümcül, Orta Şərqin Ərəb ölkələrində isə tamamilə adi bir xəstəlik hesab edilməsi halları əsasında araşdırma aparılır. Bundan əlavə, eyni mühitdə və eyni coğrafi məkanda yaşayan ərəb mənşəli insanlarla müqayisə etmək üçün İsrailin statistikası da nəzərə alınıb. İnfeksiyanın və ölüm hallarının sayında böyük fərq var, çünki virusun genetik əsası dəyişməyib və mutasiya edilməyib.


OXŞAR XƏBƏRLƏR