Şimali Koreya Kim Çen İnin ölümüylə bağlı açıqlama yaydı
Dünya
17:30 / 26.04.2020
7080
Koreya Dostluq Assosiasiyasının rəhbəri, diplomat Alexandro Kao de Benos KXDR lideri Kim Çen İnin ölümüylə bağlı xəbərlərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, o, bu xəbərlərin şayiə olduğunu bildirib.
"Marşalımızın ölümü barədə söz-söhbət yalandır və qərəzlidir", - Bloomberg diplomatın sözlərini sitat gətirib.
Qeyd edək ki, şənbə günü "New York Post” Şimali Koreya lideri Kim Çenin ürək əməliyyatına dözə bilməyərək öldüyünü bildirib. Bu barədə Yaponiya mediası da məlumat verib.
Daha sonra KXDR Dövlət Radiosu Şimali Koreya lideri Kim Çenin aktiv şəkildə fəaliyyətini davam etdirdiyini bəuan edib. Bu barədə Cənubi Koreyanın "Renhap” agentliyi yazıb.
"Yoldaş Kim Çen İn Samçjiyön şəhərinin yaradılmasına ürəkdən kömək edən işçilərə və əməkdaşlara təşəkkürlərini çatdırıb", - xəbərdə deyilib. (qaynarinfo)