“Saf həyat yoldaşınız var, imkansızlara yardım edir” şərhinə Gülaydan gözlənilməz reaksiya - VİDEO

“Saf həyat yoldaşınız var, imkansızlara yardım edir” şərhinə Gülaydan gözlənilməz reaksiya - VİDEO
 Yardımsevərliyi ilə tanınan məşhur idmançı və iş adamı Kamil Zeynallının müğənni həyat yoldaşı Gülay Zeynalova gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, sənətçi "Instagram” hesabında canlı yayıma çıxaraq, izləyicilərlə söhbətləşib və ona yazılan sualları cavablandırıb. 

Makiyajsız halda kamera qarşısına çıxan Gülay izləyicisinin "Üzünüzdə estetik prosedurlar keçirmisiniz?” sualına bu cür reaksiya verib:

"31 yaşım var. Botoks, gel kimi süni şeylərdən istifadə etmirəm. Düşünürəm ki, bunları etmək mənim üçün hələ tezdir. Üzümə və dodağıma mezo iynələri vurdururam. Bu da dərimə təravətlik gətirir. Qaşımı da "mikrobledinq” etmişəm. Ümümiyyətlə, bəzənib-düzənməkdən çox, makiyajsız gəzməyə üstünlük verirəm”.

Daha sonra izləyiciləyicilərdən birinin "Saf həyat yoldaşınız var, imkansızlara yardım edir”  şərhinə G.Zeynalova "çox sağ olun” deyərək, lakonik cavab verib. 
 
Qeyd edək ki, sosial mediada uzun müddətdir idmançı Kamil Zeynallı ilə Gülay Zeynalovanın boşandığı haqqında məlumatlar dolaşır. Lakin cütlük bu xəbərlərin yalan olduğunu bildirərək, inkar edirlər. Onların Sahilə adlı bir qız övladı var.

 
 (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...