Nadir Qafarzadə oğluna aldığı yeni mənzilini nümayiş etdirdi - VİDEO

Nadir Qafarzadə oğluna aldığı yeni mənzilini nümayiş etdirdi - VİDEO
 "Mənim digər vətəndaşlardan fərqim yoxdur. Karantin günlərimi onlar kimi evdə keçirirəm, SMS-lə küçəyə çıxıram. Bir azdan verilişə gedəcəyəm. Kanal mənə icazə üçün buraxılış vərəqəsi göndərib. Bir sözlə, qaydalara hamı kimi mən də əməl edirəm. Biz üzdə olan insanıq deyə, nümunə olmalıyıq. Evdə qalmağımız məsləhətdir”.

Sfera.az xəbər verir ki, bu sözləri "Xəzər TV”də yayımlanan "Səni axtarıram” proqramına "Skype” vasitəsilə canlı efirə qoşulan müğənni Nadir Qafarzadə deyib. 

Sənətçi öz evində deyil, oğluna aldığı yeni mənzildə qaldığını söyləyib:

"Hazırda oğlumun evindəyəm. Həyat yoldaşım yanımda deyil. O, başqa evdədir. Xanımım ekranlardan qaçan insandır. Evdə yemək də bişirmişəm, ət qızartmışam. Oğluma özüm baxıram. Çünki o, hələ çox şeyi bacarmır. Biz amma çoxdanın evdar adamıyıq. Həm evdə, həm də çöldə kişi hər şeyə hazır olmaldır. Bir sözlə, yararlı insan olmalıdır”.

17 ildir evli olan N.Qafarzadə oğlunu evləndirmək istəsə də, lakin onun buna hələ hazır olmadığını bildirib:

"Bütün valideynlər kimi ən böyük arzularımdan biri oğlumu evləndirib, toy etməkdir. Oğluma deyirəm ki, evlən. Amma o, hələ buna hazır olmadığını deyir. Seçimi onun özünə buraxmışam. Çünki mən də xanımımı özüm seçmişəm. Çox xoşbəxtəm. 17 ildir ki, ailə sahibiyəm. Gözəl xanımım və övladlarım var”.


 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

Həyat yoldaşına görə Bekhemlərlə əlaqəni kəsdi

Modelyer Viktoriya Bekhem ilə gəlini Nikola Pelts arasında illərdir davam edən gərginlik hələ də bitməyib.   Sfera.az xarici mətbuata istinadən xəbər...

İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib

İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.   Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerji...

Milli Qurtuluş Günündə konsert olacaq

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək. ...

İsrailin müdafiə naziri: İran bütün qırmızı xətləri keçdi

İsrailin müdafiə naziri İsrael Katz İranın mülki yaşayış məntəqələrinə zərbələr endirdiyini deyib: “İran İsraildəki mülki hədəflərə raketlər atmaqla bütün...

İran raketlərindən bir neçəsi İsrailin MTN binasına dəydi

İranın atdığı ballistik raketlərdən bir neçəsi İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib.   Sfera.az xəbər verir ki, bu barədə İRNA ag...

Azərbaycanda xərçəng xəstələrinin sayı niyə çoxalır? - VİDEO

"Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur"   Sfera.az xəbər verir ki, bunu Səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildi...