Azərbaycan Premyer Liqasında mövsümün ləğvi üçün iki şərt - RƏSMİ

Azərbaycan Premyer Liqasında mövsümün ləğvi üçün iki şərt - RƏSMİ
 UEFA milli assosiasiyaların daxili çempionatlarını vaxtından əvvəl başa vurmaları üçün şərtləri açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsinin onlayn konfransında qərar qəbul olunub.

Bildirilib ki, milli çempionatlar yalnız iki halda erkən yekunlaşa bilər:

- Növbəti mövsümün başlanğıcınadək hazırkı yarışların başa vurulmasına imkan verməyən, idman yarışlarının ləğvinə dair rəsmi sərəncam olduqda;

- Qarşısıalınmaz maddi problemlər mövsümün yekunlaşdırılmasına imkan vermədikdə.

Daxili yarışlar vaxtından əvvəl göstərilən qanuni səbəblərlə əlaqədar yekunlaşdıqda UEFA müvafiq milli assosiasiyadan 2020/2021 mövsümündə avrokuboklara qatılmaq üçün idman prinsipləri əsasında klub seçməyi tələb edəcək. Klub seçimi proseduru obyektiv, şəffaf qaydada və ayrıseçkilik etmədən aparılmalıdır. Əks halda, milli assosiasiya və liqalar daxili yarışlarda konkret şəraiti nəzərə almaqla yekun mövqeləri müəyyənləşdirmək hüququna malik olmalıdırlar.

Klub yarışları üçün yerlərin müəyyənləşdirilməsini milli səviyyədə müvafiq səlahiyyətli orqanlar təsdiqləməlidirlər.

UEFA vaxtından əvvəl yekunlaşdırılmış liqalarda milli assosiasiyanın təklif etdiyi istənilən klubdan imtina və ya onu dəyərləndirmək hüququna malikdir. Bu, 3 halda mümkündür:

- Daxili yarışlar UEFA tövsiyələrindəki və ya ictimai sağlamlıqla əlaqədar istənilən digər qanuni səbəblərdən vaxtından tez dayandırılmayıbsa;

- Klublar obyektiv və şəffaf olmadan, diskriminasiyaya yol verilməklə seçildikdə;

- Təsnifat prosesində ədalətsizliyə yol verildikdə. 

OXŞAR XƏBƏRLƏR