Bakı Dövlət Universitetində “İlaxır çərşənbə”si qeyd edilib

Bakı Dövlət Universitetində “İlaxır çərşənbə”si qeyd edilib

Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmov və müəllim-tələbə heyətinin iştirakı ilə Novruz şənliyi keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən rektor Abel Məhərrəmov bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının mərhum prezident Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Rektor bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor Abel Məhərrəmov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib.

Daha sonra filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib.

Sonda Universitetin həyətində Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq "yallı” rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar ediblər.

Bakı Dövlət Universitetində
Bakı Dövlət Universitetində
Bakı Dövlət Universitetində


OXŞAR XƏBƏRLƏR

Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na daxil oldu - FOTO

Amerikalı məşhur aktyor Tom Kruz daha bir möhtəşəm uğura imza atıb. 62 yaşlı ulduz aktyor “Mümkünsüz missiya– Son Hesablaşma” (Mission: Imposs...

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən AÇIQLAMA

12:30   Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bild...

Əhaliyə MÜRACİƏT - Bu məlumatları PAYLAŞMAYIN

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.   Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəl...