Türkiyə klubu qapıçısı ilə yollarını ayırdı - RƏSMİ

Türkiyə klubu qapıçısı ilə yollarını ayırdı - RƏSMİ
 Türkiyənin "Denizlispor" klubu futbolçusu Adam Staxovyakla yollarını ayırıb.
 
Sfera.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, buna polşalı qolkiperin 2 aylıq maaşını ala bilmədiyi üçün müqaviləsini birtərəfli pozması səbəb olub.

Qeyd edək ki, 34 yaşlı qapıçı 2018-ci ildən "Denizlispor"da çıxış edirdi.

OXŞAR XƏBƏRLƏR