8103 SMS icazə sistemi ilə bağlı daha bir YENİLİK

8103 SMS icazə sistemi ilə bağlı daha bir YENİLİK
 

"Dünəndən "icaze.gov.az” saytında yeni xidmət yaradılıb”

Sfera.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, bəzən təşkilatlar icazələri portala daxil etdikdən, yaxud icazəni dayandırandan sonra bu barədə əməkdaşlarına məlumat vermirdilər:

"Bu isə ona gətirib çıxardı ki, vətəndaş icazəsinin olmadığını postda saxlanılarkən bilirdi və cərimələnirdi. Belə halların yaranmaması üçün dünəndən "icaze.gov.az”ı "my.gov.az” portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı bildiriş alırlar. Yəni, "şəxsi kabinet”lərinə daxil olaraq öz icazələrinə baxa bilirlər".

"Hətta həmin icazəni yükləyə bilərlər. İcazənin üstündə barkod və QR-kod imkanları da yaradılıb. Yəqin ki, sabahdan etibarən Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həmin QR-kodların xüsusi cihazlar vasitəsilə oxunması ilə postları daha sürətli keçməsi təmin olunacaq”, - deyə F.Cəfərov bildirib.


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...