Kamran Həsənlinin səs yazısı yayıldı - Audio

Kamran Həsənlinin səs yazısı yayıldı - Audio
Müğənni Samir Piriyev polisə şikayət etdiyi aparıcı Kamran Həsənli ilə aralarında olan səsyazma nümunəsini istintaqa təqdim edib.
"Qafqazinfo”nun məlumatına görə, bu barədə S.Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu axşam.az-a açıqlamasında bildirib. O, K.Həsənlinin mediaya verdiyi müsahibədə yalan danışdığını vurğulayıb:

"Kamran demişdi ki, faktla bağlı cinayət işi başlanılmayıb. Amma baş prokukorluq dərhal məlumat yayaraq cinayət işinin açılmasını təsdiqlədi. Kamranın dediyi kimi, Samir əgər pulu türkə təqdim etmişdisə, Kamran niyə əvəzində öz avtomobilini Samirə verib? Kamranın cavabı gülməlidir. O, deyir ki, xahişə görə bunu etmişəm.

Kamran özü də etiraf edir ki, Samir tanımadığı türk şirkətinə çayxanada pulu necə verə bilərdi? Biz də cavabında deyirik ki, Samir tanımadığı həmin şirkətə görə pulu verməzdi, amma çayxanada illərdir tanıdığı, hər yerdə türkçülük ideologiyasından danışan, insanların gözündə dürüst görünməyə çalışan Kamran Həsənliyə pulu verə bilərdi və səhv edərək o pulu verib.

Səsyazısı ilə bağlı məlumat verdikdən sonra Kamran dedi ki, belə səsyazısı yoxdur. Guya o, heç vaxt Samirə "evimi satıb sənə pul verəcəyəm” deməyib. Artıq istintaqa da verdiyimiz səsyazmanı təqdim edirik”.

R.Əhmədoğlu sonda səsyazısı ilə K.Həsənlinin bütün yalanlarının ortaya çıxacağını deyib:

"Kamran Həsəni artıq heç yerdə danışmasın ki, mən işimi yoluna qoymuşam. O, hər gün Bakı Şəhər Prokurorluğuna gedərək orada səs-küy edir. Təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi hay-küy ilə tənzimlənmir”.

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır - Kaya Kallas

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış edir.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu...

Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.   Sfera.az xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu...

Gəlini aparmağa traktorlarla gəldilər – FOTO

Ağdamda keçirilən toy mərasimi zamanı bəy qız evinə traktor karvanı ilə gedib.   Sfera.az xəbər verir ki, rayonun Qaradağlı kəndində təşkil olun...

Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: "Ayıbdır, utanmırsan?"

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur".   Sfera.az xəbər ve...

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...

Prezident və ailəsi kilsədə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı i...