Özbəkistandakı diaspor sədrimiz döyüldü – Təfərrüat

Özbəkistandakı diaspor sədrimiz döyüldü – Təfərrüat
Azərbaycan Diasporunun Özbəkistandakı sədri Mobil Məmmədov öz həmyerliləri tərəfindən döyülüb. 
Sfera.az AzNews.az-a istinadən xəbər verir ki, o, aldığı xəsarətlərə görə, 16 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Məlumata görə, Mobil Məmmədovun döyülməsi onun biznes əlaqələri ilə bağlı olub: şəriklik etdiyi adamların pulunu mənimsədiyindən cəzalandırılıb. Bildirilir ki, o, diaspor sədrliyi postundan istifadə edərək, bir çox azərbaycanlıların qazanc yerinə "əl qoyub”. Bu yaxınlarda hətta Azərbaycanlıların sıx yaşadığı məhəllədəki mərasim binasını (adətən yerli azərbaycanlılar öz ölülərini burada yuyurmuşlar) ələ keçirib.
Araşdırma zamanı məlum olur ki, Azərbaycan diasporunun sədri Mobil Məmmədov dəfələrlə dələduzluq maddəsi ilə mühakimə edilib və iqtisadi cinayətlərdə adı hallanıb. Onun adı həm də bu ilin yay ayında Daşkənddəki səfirimizin müşaviri Nəsimi Ağababayevlə əlbir olaraq, Azərbaycanın Özbəkistandakı səfirinə qarşı təxribat etməkdə də hallanıb. Məlumat üçün bildirək ki, Nəsimi Ağababayev həmin əməllərinə görə Xarici İşlər Nazirliyi sistemindən uzaqlaşdırılıb. Mobil Məmmədovla Nəsimi Ağababayevin ortaq biznesləri də olub. Onlar Azərbaycandan qızıl, mandarin ağacları , şokolad gətizdirərək, Daşkənddə iş birliyi də qurublar.
Mobil Məmmədovun döyülməsi də Azərbaycandan gətirilən bu malların təhvil verilməsi zamanı baş verib. O, mallarını təhvil verdiyi azərbaycanlılarla pul haqq-hesabını düz aparmadığına görə, diasporunun üzvləri və "keçmiş dostları” tərəfindən möhkəm döyülüb. /Aznews.az

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...