Banklara təxminən 2 milyard dollar satılıb

Banklara təxminən 2 milyard dollar satılıb
2016-cı il martın 15-i tarixinə Mərkəzi Bank tərəfindən təşkil edilmiş valyuta hərracları vasitəsilə banklara ümumilikdə 1,9 milyard dollardan çox valyuta satılıb. 
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev öz Facebook səhifəsində yazıb. 
"Bu vəsaitin 1,15 milyard dolları Dövlət Neft Fondunun, 786 milyon dolları Mərkəzi Bankın payına düşüb. Ən böyük satış yanvarda olub. İlin ilk ayında ümumilikdə 1 milyarddan çox dollar satılıb. 
Fevralda 545 milyon, martın ilk yarısında 380 milyon dollar satılıb,” – deyə ekspert yazıb. 
Bundan başqa, onun sözlərinə görə, MB mart ayının ilk yarısında satış həyata keçirməyib:
"Mart ayının ilk yarısında Mərkəzi Bank ehtiyatlarını qorumağa üstünlük verib və satış həyata keçirməyib. Neft Fondu isə bu müddətdə 380 milyon dollar satıb”.

OXŞAR XƏBƏRLƏR

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən AÇIQLAMA

12:30   Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bild...

Əhaliyə MÜRACİƏT - Bu məlumatları PAYLAŞMAYIN

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.   Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəl...

Bakıda restoranın qarşısında KÜTLƏVİ DAVA: Xəsarət alanlar və həbs olunan var

Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub.   Sfera.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə General Ş...