Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək
21:30 / 20.04.2020
6986
"Türkiyədə vətəndaşların küçəyə çıxmasına yenidən qadağa tətbiq etməyi planlaşdırırıq".
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu dəfə komendant saatı dörd gün müddətinə tətbiq olunacaq: "Qadağa aprelin 23-i gecə saatlarından başlayacaq və aprelin 26-sı bazar günü gecəyə kimi davam edəcək".