Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO
 

Karantin rejimi qaydaları ilə bağlı yeni tarixin açıqlamasından sonra ictimaiyyəti düşündürən əsas məsələlərdən biri tədris prosesinin necə və nə vaxt bərpa olunacağıdır.

Buna səbəb sosial şəbəkələrdə mart və aprel aylarında yaranmış dərs boşluğunun yay aylarında doldurulacağına dair məlumatların yayılmasıdır.

Təhsil üzrə ekspert Kamran Əsədov BAKU.TV-yə bildirib ki, may ayının 4-də tədris prosesi birdəfəlik olaraq açılmayacaq:

"Bu, mərhələli şəkildə həyata keçiriləcək. İlk olaraq yuxarı sinif şagirdlərinin dərsləri bərpa olunacaq. Çünki bu il onların buraxılış və qəbul imtahanları var. Tədris prosesinin yay aylarında davam etdirilməsi ilə bağlı yayılan məlumata gəldikdə, bununla bağlı hələlik heç bir rəsmi qərar qəbul olunmayıb. Amma yeni dərs ilinin sentyabrda yox, daha tez başlaması istisna olunmur”.

K.Əsədovun sözlərinə görə, Azərbaycanda iyul ayında tədris nəzərdə tutulmur:

"Ola bilsin ki, növbəti tədris ilinin başlanması sentyabrın 15-də yox, avqustun 15-də həyata keçirilsin. Amma bu, bütün gün yox, səhər saat 8-dən 10-a qədər olan müddətdə baş tutsun”.

Ekspert qeyd edib ki, Azərbaycanda iyulda və avqust ayının ilk 15 günündə orta tempratur 40-45 dərəcə olur. Bu da şagirdlərdə günvurma kimi hallara səbəb ola bilər.



OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...