Prezidentlərin tanınmış qızları - Rus mediası onlardan yazdı
Rusiyanın "Bigpicture.ru" saytı MDB ölkələrinin prezidentlərinin qızları ilə bağlı məqalə dərc edib.
Sfera.az xəbər verir ki, məqalədə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən dövlət başçılarının qızlarından bəhs edilib, onların həyatı, təhsili ilə bağlı məlumat verilib.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevadan da bəhs edilib. Bildirilib ki, Leyla Əliyeva 1985-ci ildə Moskvada anadan olsa da, Azərbaycanda böyüyüb. O, 2007-ci ildə Moskvada "Baku” jurnalınını təsis edib. Jurnal ölkənin tarixi və müasirliyi, adət-ənənələri və çoxəsrlik mədəni irsindən bəhs edir.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti olan L.Əliyevanın iki oğlu, bir qızı var.
Səidə Mirziyoyeva
Özbəkistan Prezidentinin böyük qızıdır. Hazırda 35 yaşında olan Səidə Mirziyoyeva Daşkənd Universitetinin hüquq fakültəsinin diplomuna və Moskva Dövlət Universitetinin iqtisadiyyat üzrə magistr dərəcəsinə malikdir. Təhsil aldıqdan sonra Səidə ictimai-siyasi fəaliyyətə başlayıb. 2019-cu ilin aprelində ona Özbəkistan İnformasiya və Kütləvi Rabitə Agentliyi rəhbərinin müavini vəzifəsi həvalə edilib.
Səidənin şəxsi həyatına gəlincə, o, prezident administrasiyası rəhbərinin birinci müavini Oybek Tursunovla evlidir. İki övladı var - oğlu Miromon və qızı Saodathon.
Aleksandra Zelenskaya
Ukraynanın hazırkı Prezidentinin qızı Aleksandra Zelenskaya 5 iyul 2004-cü ildə anadan olub. Hazırda o özəl bir məktəbdə oxuyur və nadir hallarda tədbirlərdə görünür. Aleksandranın azca kino təcrübəsi də var. 10 yaşında Aleksandra "8 yeni tarix" komediya filmində baş qəhrəmanın qızını canlandırıb. 2016-cı ildə o "Komediyaçını güldür" adlı televiziya şousunda səhnəyə çıxıb.
Alexandra İnstaqram istifadə etmir və onun şəklini yalnız dostlarının və ya sinif yoldaşlarının hesablarında görə bilərsiniz. Ancaq Aleksandra bəzən TikTok- şəbəkəsində video paylaşımları edir. Videoların əsas personajları özü və kiçik qardaşı Kirildir.
Ozoda Rahmon
Tacikistan prezidenti Emoməli Rəhmonun qızı böyük siyasətçi ailəsində doqquz övladdan biridir. Onun altı bacısı və iki qardaşı var. O, Tacikistan Milli Universitetinin Beynəlxalq Münasibətlər Bölməsində təhsil almış, eyni zamanda ABŞ-ın Corctaun Universitetində iqtisadi siyasət kursunda iştirak etmişdir. 2012-ci ildə Ozoda Rahmon Tacikistanda qadın hüquqları mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2016-cı ilin yanvarında dövlət başçısının qızı Prezident Administrasiyasının rəhbəri təyin edilib, həmən ilin may ayında isə ölkə parlamentinin yuxarı palatasına senator seçilib. 42 yaşlı Ozoda, Tacikistan Milli Bankının rəhbəri Camoliddin Nuraliyev ilə evlidir, 5 uşağı var.
Ayşat Kadırova
Çeçenistan rəhbəri Ramzan Kadırovun on doğma və iki övladlığa götürdüyü uşağı var. Ölkə başçısının ən böyük qızı Ayşat Kadırova 31 dekabr 1998-ci ildə anadan olub. 6-cı sinfə qədər adi məktəbdə oxuyan Ayşat, daha sonra ev təhsilinə keçib. O iki ilini Quranın və ərəb dilinin öyrənilməsinə həsr edib və Quran hafizi adını almaq hüququnu qazanıb. Bundan sonra o yenidən təhsilini adi məktəbə davam etdirməyə başlayıb.
Hazırda Ramzan Kadırovun böyük qızı Çeçen Dövlət Universitetinin İqtisad fakültəsində təhsil alır. Ayşat həmçinin anasına məxsus "Firdaws" moda evinə rəhbərlik edir və Qroznının mərkəzində yerləşən "Paris" kafesinə sahibdir. 2017-ci ildə Ayşat ailə həyarı qurub. Onun həyat yoldaşı Ramzan Kadırovun mərhum dostunun oğludur.
(qafqazinfo)