Rövnəq Abdullayev “Günəşli”də açılış etdi - Fotolar

Rövnəq Abdullayev “Günəşli”də açılış etdi - Fotolar

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri "Günəşli” yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülünün istismara verilməsi mərasimində iştirak ediblər.

"Qafqazinfo” xəbər verir ki, özülə baxış keçirən şirkət prezidentinə məlumat verilib ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə SOCAR tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür.

Dəniz səviyyəsindən göyərtəyədək olan məsafə 15 metr, üst döşəməyədək olan məsafə isə 30 metrdir. Özül iki hissədən - dayaq blokundan və üst tikililərdən ibarətdir.

İnşaat işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilib. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib.

Rövnəq Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma dəzgahını işə salıb. Daha sonra neftçilər qarşısında çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədi ilə aparılan kompleks tədbirlərdən danışıb, "Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayıb.

Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Rövnəq Abdullayev

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...