Koronavirusa qarşı immunitetin güclü olması da təhlükəli imiş

Koronavirusa qarşı immunitetin güclü olması da təhlükəli imiş
 Koronavirus zamanı bəzi hallarda insanın immun sistemi izafi reaksiya verə bilər, bu isə fəsadlarla nəticələnir.

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezident Administrasiyasının koronavirus xəstələrini qəbul etmək üçün yenidən qurulan xəstəxanasının cərrah-onkoloqu Andrey Atroşenko bildirib.

Onun sözlərinə görə, immun sistemin "sitokin fırtınası” adlanan bu cür hiperreaksiyası təhlükəli vəziyyət yarada, hətta xəstə reanimasiyaya düşə bilər.

"Bu xəstəliyin təhlükəsi immunitetin reaksiyasında gizlənir. Özünü yaxşı hiss edən bir insanı qəbul edirəm. Ağciyərlərinin kompüter tomoqrafiyası da nisbətən normal görünür. Üç-dörd gündən sonra xəstə birdən-birə elə pisləşir ki, reanimasiyaya yerləşdirilir”, - deyə Atroşenko bildirib.

Son məlumatlara görə, Rusiyada 27 938 nəfər koronavirusa yoluxub. Onlardan 232 nəfəri ölüb, 2 304 nəfəri isə sağalıb. (oxu.az)

OXŞAR XƏBƏRLƏR