Zamiq hamıdan gizlətdiyi oğlunun şəklini efirdə göstərdi - FOTO

Zamiq hamıdan gizlətdiyi oğlunun şəklini efirdə göstərdi - FOTO
 "Xəzər TV”də yayımlanan "5/5” axşam şousunda qonaq olan müğənni Zamiq Hüseynov canlı efirdə hamıdan gizlətdiyi yeddi aylıq Zeyn adlı övladının fotosunu göstərib.

Sfera.az xəbər verir ki, proqramın aparıcısı Zaur Kamal Zamiqdən telefonunda övladının şəklinə baxmağı xahiş edib.

Sənətçi aparıcının sözünü yerə salmayaraq oğlu Zeynin fotosunu göstərib.

Zaur isə vəziyyətdən istifadə edərək Zamiqin oğlunun şəklini canlı efirdə yayımlayıb. Daha sonra isə Z.Hüseynov ailəsini və övladını ekranlardan uzaq tutmasını belə şərh edib:

"Hamı bilir ki, mən sənətə gəldiyim gündən bəri ailəmi hər zaman efirlərdən uzaq tutmuşam. Uşağı da göstərmək istəmirəm. Nə zaman bir yaşı olar, bəlkə o zaman şəklini göstərərəm. İstəməzdim ki, Zeyn böyüyəndə müğənni olsun. Çünki bu peşə çox çətindir. Müğənni olmaq insanlara kənardan çox asan görsənir. Amma çönüb arxama baxanda görürəm ki, 22 ilimi bu sənətə vermişəm. İstərdim ki, oğlum yaxşı təhsil alıb, böyük şirkətlərin birində çalışsın. Şirkət sahibi olsun”.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...